Kurskda, yerli sakinin çantasının oğurlanması barədə məlumatı araşdırarkən, Seymski Polis İdarəsinin əməkdaşları oğurluğa bir itin səbəb olduğunu aşkar etdilər.
Qaziler.az bildirir ki, bu barədə iyulun 15-də Kursk vilayətinin polis idarəsindən məlumat verilib.
"Kursk sakini çantasının oğurlanması barədə məlumat vermək üçün polisə müraciət edib. Qadın avtobus dayanacağında düşüb, əşyalarını yerə qoyub və qısa müddətə diqqəti yayınıb. Geri dönəndə qiymətli əşyaların və sənədlərin olduğu çaçantasının itdiyini görüb. O, itki barədə polisə məlumat verib", - deyə məlumatda bildirilir.
Hadisə yerinə gələn istintaq əməkdaşları müşahidə görüntülərini araşdırıblar. Görüntülərdə çantanı daşıyan it görünüb. Hüquq-mühafizə orqanları heyvanın yolunu izləyib və oğurlanmış əşyanı küçənin əks tərəfində bir neçə metr aralıda aşkar ediblər.
Çantanın içindəkilər bütöv qalıb. Yoxlama zamanı itin içindəki piroq qoxusu ilə aldandığı məlum olub. Kilidi aça bilməyən it çantanı atıb qaçıb.
QAZİLER.AZ

