İyulun 16-da Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edəcək.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.
Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi saat 11:30-da Prezident sarayında keçiriləcək.
Səfər çərçivəsində sarayda Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş planlaşdırılır.
Prezident administrasiyasından verilən məlumata görə, liderlər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, eləcə də regional məsələləri müzakirə edəcəklər.
QAZİLER.AZ

