Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından birinin fəaliyyətini "dayandırıb" - Reuters

Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından birinin fəaliyyətini "dayandırıb" - Reuters backend

Rusiyanın Başqırdıstandakı "Qazprom Neftexim Salavat" neft emalı kompleksi  iyulun 14-də Ukraynanın dron hücumu nəticəsində istehsalı tamamilə dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbələrə görə, dronlar hər iki xam neftin ilkin emalı qurğusuna zərbə endirib və onları sıradan çıxarıb, ciddi ziyana səbəb olub və təcili olaraq dayandırılıb. Hücum nəticəsində aşağıdakı qurğular tamamilə bağlanıb:

Xam neft distillə qurğusu CDU-6 (gündə 17.100 ton tutumlu);

Xam neft distillə qurğusu CDU-4 (gündə 11.400 ton neft və qaz kondensatı tutumu ilə).

Bundan əlavə, partlayışlar bir neçə ikinci dərəcəli emal qurğusuna və digər vacib avadanlıqlara zərər vurub. Agentlik mənbələri qeyd edir ki, zədələnmiş qurğuların təmiri və bərpası bir neçə həftədən bir neçə aya qədər davam edə bilər.

QAZİLER.AZ