Təcavüzkar ölkədə taxıl yığımının uğurlu olması ehtimalı azdır.
Rusiya 2026-cı il məhsul mövsümünə dizel yanacağının kəskin çatışmazlığı ilə qədəm qoyur. Bu, məhsul yığımının tempini və kiçik təsərrüfatların yaşamasını təhlükə altına alır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasına istinadən məlumat yayıb.
Yanacaq çatışmazlığı Rusiyada məhsul yığımına təsir edib.
Problem ən çox taxılın daha tez yetişdiyi ərazilərdə özünü göstərir:
Krasnodar və Stavropol diyarlarında, Rostov vilayətində.
Həmçinin, "yanacaq aclığı" aşağıdakı yerlərdə qeydə alınıb:
Lipetsk,
Voronej,
Tambov,
Sverdlovsk bölgələri,
Yakutiya,
Başqırdıstan.
QAZİLER.AZ

