İranda ABŞ-ın zərbələri səbəbindən 30 nəfər həlak olub

İranda ABŞ-ın zərbələri səbəbindən  30 nəfər həlak olub backend

ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 30 dinc sakin həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin rəsmi nümayəndəsi Fatemə Mohacerani məlumat verib.

"Ölkənin cənubunda son günlər baş verən hücumlar zamanı 30-dan çox mülki vətəndaş həlak olub. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, acılarını bölüşür və qurbanların xatirəsini ehtiramla yad edirik", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

QAZİLER.AZ