Qazaxıstan cüdoçuları Çin Taypeyində keçirilən "Asian Open" turnirində çıxışlarını səkkiz medalla başa vurublar.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.
Yarışlarda birinci yerləri Madi Jetkergen (73 kq-a qədər) və Sancar Jabbarov (100 kq-dan yuxarı) tutublar.
Gümüş medalçılar Meyirbek Bayzakov (66 kq-a qədər) və Ayşabibi Muradimova (52 kq-a qədər) olublar.
Üçüncü pilləyə isə Asılxan Zinullin (60 kq-a qədər), Nursultan Zayzagaliev (66 kq-a qədər), Madi Yedilbayev (100 kq-dan yuxarı) və Ayana Düysenbay (48 kq-a qədər) yüksəliblər.
Komanda hesabında Qazaxıstan üçüncü sırada qərarlaşıb. Birinci yeri Cənubi Koreya tutub (7 qızıl, 5 gümüş və 10 bürünc medal). İkinci yeri isə Yaponiya qazanıb (4 qızıl, 1 gümüş və 2 bürünc medal).
Daha əvvəl Qazaxıstan cüdoçusu Beybarıs Sultan Çexiyanın Praqa şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda gümüş medal qazanmışdı.
QAZİLER.AZ

