istefa müdafiə sənayesində bir sıra kadr qərarlarından sonra baş verib.
Vişnevodakı sursat anbarında baş verən partlayışlardan və müdafiə sənayesində aparılan kadr dəyişiklikləri dalğasından sonra “Ukroboronprom”u daha bir yüksək vəzifəli məmur tərk edib.
Bu barədə RBC-Ukrayna agentliyi “Ukrayna Müdafiə Sənayesi” Səhmdar Cəmiyyətinin baş direktoru German Smetaninin “Telegram” kanalındakı paylaşımına istinadən məlumat yayıb.
Smetanin paylaşımında bildirib ki, baş direktor vəzifəsindəki fəaliyyətini başa çatdırır.
“Bu gün “Ukrayna Müdafiə Sənayesi” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsindəki işimi başa vururam. Ukraynanın ən böyük müdafiə şirkətinə rəhbərlik etmək mənim üçün şərəf idi”, — deyə o yazıb.
QAZİLER.AZ

