Kosiniak-Kamış: Polşa Rusiyanın İl-20 təyyarələrinin Baltik dənizi üzərindən uçmasından sonra qırıcı təyyarələrini havaya qaldırıb.
Rusiya kəşfiyyat təyyarəsi İl-20-nin Baltik dənizi üzərində uçuşundan sonra Polşaya məxsus qırıcı təyyarələr havaya qaldırılıb.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib,
Nazirin sözlərinə görə, Rusiya təyyarəsi Polşa sahillərindən təxminən 30 kilometr aralıda, beynəlxalq hava məkanında uçuş həyata keçirib.
Bundan əvvəl, iyulun 2-də Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı da Rusiyanın Ukrayna fonunda guya aktivliyi ilə əlaqədar qırıcı təyyarələrin havaya qaldırıldığını açıqlamışdı.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə ilə bağlı beynəlxalq normalara uyğun şəkildə həyata keçirilir.
QAZİLER.AZ

