Ukraynanın dəniz dronu Rusiya gəmisini vurdu

Ukraynanın dəniz dronu Rusiya gəmisini vurdu backend

Ukrayna Hərbi Dəniz Qüvvələrinin dronunun vurması nəticəsində Rusiyaya məxsus "İzumrud" gəmisi batıb.

Bu gəmi 2018-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumda iştirak edib.

Ukrayna qüvvələri Novorossiysk yaxınlığında Rusiya FSB sərhəd gözətçi gəmisi "İzumrud"u məhv edib. Gəmi dəniz pilotsuz təyyarəsi ilə batırılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

Düşmənin ikinci dərəcəli patrul gəmisinə "Sargan-3000" pilotsuz dəniz kompleksi tərəfindən uğurla hücum edilib. Hücum nəticəsində Rusiya gəmisi batıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin heyəti arasında ölən və yaralananların olduğunu qeyd edib.

QAZİLER.AZ