Türkiyədə 26 vilaylətdə miqrant qaçaqmalçılığı əməliyyatı: 57 nəfər saxlanılıb.

Türkiyədə 26 vilaylətdə miqrant qaçaqmalçılığı əməliyyatı: 57 nəfər saxlanılıb. backend

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən 26 vilayətdə “miqrant qaçaqmalçılığı ilə mübarizə” çərçivəsində Jandarma Baş Komandanlığının Miqrant Qaçaqmalçılığı və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin koordinasiyası ilə əməliyyatlar keçirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, əməliyyatlarda pilotsuz uçuş aparatları (JİHA) vasitəsilə havadan, vilayət jandarma komandanlıqları, asayiş, avtomobil yolları və komando dəstələri tərəfindən isə qurudan tədbirlər həyata keçirilib.

Əməliyyatlar nəticəsində saxlanılan 57 şübhəlidən 43-ü məhkəmənin qərarı ilə həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Əməliyyatlar zamanı 282 nəqliyyat vasitəsi, həmçinin 22 qayıq və qayıq mühərriki ələ keçirilib.

Açıqlamada bildirilib: “Ən müasir texnologiyalardan və qabaqcıl izləmə-nəzarət sistemlərindən istifadə etməklə qanunsuz miqrasiya yollarını təşviq edən və təşkil edən strukturlara qarşı həm sahədə, həm də hüquqi müstəvidə mübarizəmizi qətiyyətlə davam etdiririk”.

QAZİLER.AZ