ABŞ-ın İranda Bəndər-Abbas şəhəri və Hormozqan bölgəsində yerləşən Hacıabad rayonlarına hücumlarında 3 nəfər ölüb.
Bu barədə “Tasnim” xəbər verib.
Bundan başqa Mahşəhr və Abadanda da partlayışların baş verdiyi bildirilib.
***
14:02
İranın Buşehr və Çoğadək şəhərlərində partlayış səsləri eşidilib.
Bu barədə “Tasnim” xəbər verir.
Partlayışların dəqiq məkanı və səbəbi barədə məlumat verilməyib.
***
13:37
Bəndər-Abbasda partlayış səsləri eşidilib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, bir neçə dəqiqə əvvəl Bəndər-Abbas şəhərinin qərb hissəsində beş partlayış səsi eşidilib.
Təfərrüatlar barədə hələlik məlumat verilməyib.(apa)

