Prezident raketlərin artıq sınaqdan keçirildiyini təsdiqləyib.
Ukrayna öz ballistik raket proqramı üzərində işləməyə davam edir. İlkin nəticələri uğurlu hesab etmək olar.
Qaziler.az-ın BFMTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Biz həmçinin ballistik raketlər üzərində işləyirik. Artıq yaxşı nəticələrimiz var. Biz hələ də sınaqdan keçirdiyimiz üçün onlar haqqında çox danışmırıq", - deyə Ukrayna lideri vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın bu məsələdə prioriteti özünümüdafiədir. Bundan əlavə, o, faktiki olaraq təkcə özünü deyil, həm də Avropadakı müttəfiqlərini müdafiə etməlidir.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Rusiya ilə azad dünya arasında bir növ "divar"a çevrilib.
QAZİLER.AZ

