Ukrayna Rusiyanın sonuncu böyük benzin emalı zavodunu vurub

Ukrayna Rusiyanın sonuncu böyük benzin emalı zavodunu vurub backend

Ukrayna dronları yenidən Başqırdıstana "girib".

İyulun 14-ü gecə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən birinə uğurla hücum etdi.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna xüsusi əməliyyat qüvvələrinin hesabatına istinadən məlumat verib.

Ukrayna hərbçiləri hədəfin "Qazprom Neftexim Salavat" olduğunu qeyd ediblər. Bu, neft emalı zavodu Başqırdıstanın Salavat şəhərində yerləşir.

Bu dəfə əməliyyata birbaşa Rusiya ərazisində fəaliyyət göstərən gizli müqavimət hərəkatı "Qara Qığılcım" da cəlb edilib.

Əməliyyatda iştirak edən qüvvələrin bildirdiyinə görə, "Qazprom Neftexim Salavat" müəssisəsi bu ilədək hücuma məruz qalmayan son iri benzin istehsalı zavodu idi.

Bəyanatda qeyd olunur ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinə (SSO) məxsus pilotsuz uçuş aparatları müəyyən edilmiş hədəfləri uğurla vurub. İlkin məlumata əsasən, zavodun neftin ilkin emalı üçün nəzərdə tutulan strateji əhəmiyyətli AVT-6 qurğusu, eləcə də digər istehsal obyektləri zədələnib.

Məlumata görə, hücum zamanı Ukrayna pilotsuz uçuş aparatları təxminən 1500 kilometrlik məsafə qət edərək hədəflərə çatıb.

QAZİLER.AZ