Qazaxıstan Silahlı Qüvvələrində 7 minə yaxın qadın xidmət edir
Hazırda qadınlar Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin ayrılmaz hissəsidir və kişilərlə bərabər geniş spektrli vəzifələri uğurla yerinə yetirirlər.
Qaziler.az-ın Kazinform-a istinadən verdiyi məlumata görə, Qazaxıstan ordusunda hazırda təxminən 7 min qadın hərbi xidmət keçir.
Onların arasında 1000-ə yaxın zabit və 6 mindən çox müqavilə əsasında xidmət edən hərbçi var. 11 qadın isə rəhbər vəzifələrdə çalışır.
Qadın hərbçilər, demək olar ki, bütün qoşun növlərində və bölmələrdə xidmət edirlər. Onlar tibb işçisi, psixoloq, maliyyəçi, hüquqşünas, rabitə mütəxəssisi, kadr orqanlarının əməkdaşı, maddi-texniki təminat, kargüzarlıq və informasiya texnologiyaları bölmələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər.
QAZİLER.AZ

