Ukrayna Rusiya raketlərindən qorunmaq üçün "Freyja" anti-ballistik raket sistemi üzərində fəal şəkildə işləyir.
Freyja anti-ballistik raket layihəsinin təxmini reallaşacağı tarixlər artıq məlumdur. Ukrayna özünü öz silahları ilə müdafiə edə biləcək.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-dakı açıqlamasında deyib.
Ukrayna prezidenti iyulun 13-də yeni anti-ballistik raket koalisiyasının iclasında "Freyja" layihəsinə ümid etdiyini bildirib.
"Ümid edirəm ki, növbəti 12 ay ərzində "Freyja"nın fəaliyyətdə olacağını görəcəyik", - deyə Zelenski inamla bildirib.
QAZİLER.AZ

