2026-cı ilin ilk yarısında İranda 5 mindən çox qadın həbs edilib.
Qaziler.az xəbər verir ki, bu barədə İranda insan haqları təşkilatı – HENGAW məlumat yayıb.
Məlumata əsasən, həmin dövrdə 9 qadın edam olunub, 250 qadın isə yanvar ayındakı etirazlar zamanı həyatını itirib.
Bildirilir ki, saxlanılan şəxslərin bir qisminin kimliyi müəyyənləşdirilib və onlar arasında 18 yaşdan kiçik yeniyetmələrin də olduğu açıqlanıb.
Hesabatda, habelə, 44 qadın fəal barəsində ümumilikdə 211 il həbs cəzası çıxarıldığı vurğulanıb.
QAZİLER.AZ



