Məşhur İran diplomatı niyə öldürülüb?

Məşhur İran diplomatı niyə öldürülüb? backend

"ABŞ-İsrail cütlüyünün bu il fevralın 28-də başlayan hücumu nəticəsində İran özünün bir çox önəmli siyasi və hərbi rəhbərlərini itirdi, amma bu itkilər arasında xüsusən iki nəfərin ölümü xeyli suallar doğurdu".

Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

 

Qeyd olunub ki, söhbət İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və ölkənin keçmiş xarici işlər naziri, xarici əlaqələr üzrə strateji şuranın sədri Kamal Xərrazinin həlak olmasından gedir. Müəllif bildirir ki, İranın Fransadakı keçmiş səfiri Sadiq Xərrazinin əmisinin ölümü ilə bağlı verdiyi qalmaqallı açıqlama həmin sualları və şübhələri yenidən gündəmə gətirib.

"Xatırladaq ki, Kamal Xərrazinin Tehrandakı evi aprelin 1-də, İsrail və ABŞ ilə İran arasında atəşkəs əldə olunmasından bir həftə əvvəl hava hücumuna məruz qalıb. Kamal Xərrazi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, onun həyat yoldaşı isə bombardman zamanı həlak olub. İran mediası bir həftə sonra, aprelin 9-da 81 yaşlı Kamal Xərrazinin aldığı yaralar nəticəsində xəstəxanada vəfat etdiyi barədə məlumat yayıb. Hadisədən təxminən üç ay sonra ölkədə yetərincə tanınmış siyasətçi və diplomat olan Sadiq Xərrazi Tehran bələdiyyəsinə bağlı "Həmşəhri" qəzetinə müsahibəsində bildirib ki, əmisi heç də aldığı yaralardan ölməyib, xəstəxanada sağalmağa doğru gedərkən qətlə yetirilib", - deyə süjetdə vurğulanır.