Sırski Rusiyanın bufer zonasını genişləndirməsi ilə bağlı açıqlama verdi

Sırski Rusiyanın bufer zonasını genişləndirməsi ilə bağlı açıqlama verdi backend

Rusiya Silahlı Qüvvələri Ukraynanın şimal bölgələrində bufer zonası yaratmaq istəyir.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Aleksandr Sırski özünün Telegram kanalında bildirib.

O, Rusiya ordusunun Donbası nəzarətə götürməyi planlaşdırdığını bildirib. Bundan əlavə, onun sözlərinə görə, planlara "Dnepropetrovsk və Zaporojye bölgələrində hücum əməliyyatlarının" genişləndirilməsi və Ukraynanın şimal bölgələrində bufer zonasının genişləndirilməsi daxildir.

Sırski həmçinin Rusiya Silahlı Qüvvələrinin raket, pilotsuz təyyarə və hava bombardmanlarının intensivliyinin artdığını qeyd edib.

QAZİLER.AZ