Rusiya əsas hərbi aviasiya obyektlərinin müdafiəsini gücləndirir
Rusiya Ukraynanın uzaqmənzilli zərbələri fonunda strateji hərbi aviasiya obyektlərinin müdafiəsini gücləndirir. Söhbət ölkənin ən müasir qırıcı təyyarələri olan Su-57 və Su-35-in istehsal edildiyi müəssisədən gedir.
Qaziler.az bildirir ki, bu barədə "Military Watch" nəşri məlumat yayıb.
Məlumata görə, Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodunda və ona bitişik "Dzemqi" aviabazasında genişmiqyaslı tikinti işləri aparılır.
Qeyd olunur ki, sözügedən aviasiya zavodu Rusiyanın ən müasir iki qırıcı təyyarəsi – Su-57 və Su-35-i istehsal edən yeganə müəssisədir. Son on il ərzində zavoda iri həcmli investisiyalar yönəldilib ki, bu da istehsal güclərinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verib.
QAZİLER.AZ



