Moskva vilayətində raket təhlükəsi xəbərdarlığı elan olunub.
Qaziler.az bildirir ki, xəbərdarlıq regionun fövqəladə xidmətləri tərəfindən "Maks" platforması vasitəsilə yayılıb.
Sakinlərə sakitliyi qorumaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
Saat 11:55-də isə fövqəladə xidmətlər raket təhlükəsinin aradan qalxdığını elan ediblər.
Qeyd edək ki, iyulun 9-da Moskva vilayətində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə də elan edilmişdi. Rusiya Fövqəladə Halların Vahid Dövlət Sistemi (RSÇS) həmin vaxt region ərazisində mobil internet xidmətində fasilələrin yarana biləcəyi barədə də xəbərdarlıq etmişdi.
QAZİLER.AZ



