Qırğızıstan–Qazaxıstan sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib
Qaziler.az bildirir ki, bu barədə jurnalistlərə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.
Bildirilib ki, 10 iyul 2026-cı il saat 01:59-da (yerli vaxtla) Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun seysmik stansiyaları episentrdə MSK-64 şkalası üzrə 4 bal gücündə, 4,3 maqnitudalı və 10,2 enerji sinfinə malik zəlzələ qeydə alıb.
İlkin məlumatlara əsasən, zəlzələnin episentri Qırğızıstan və Qazaxıstan sərhədində, Talas Ala-Too silsiləsi ərazisində yerləşib. Yeraltı təkanların ocağı Qırğızıstanın Kok-Say kəndindən 30 kilometr cənub-qərbdə, Qazaxıstanın Taraz şəhərindən isə 75 kilometr məsafədə olub.
İnstitutun məlumatına görə, Qırğızıstanın yaşayış məntəqələrində zəlzələnin intensivliyi Kok-Say, Kaynar, Arçaqul və Şeker kəndlərində təxminən 2,5 bal təşkil edib.
QAZİLER.AZ



