İlski Neft Emalı Zavodunda PUA-nın qalıqlarının düşməsindən sonra baş verən yanğın tamamilə söndürülüb.
Krasnodar diyarındakı İlski Neft Emalı Zavodunda pilotsuz uçuş aparatının qalıqlarının düşməsindən sonra başlayan yanğın tamamilə söndürülüb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə 10 iyulda regional fövqəladə hallar qərargahı məlumat verib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin də daxil olduğu 21 texnikadan istifadə edərək 70-dən çox insan təcili yardım işlərində iştirak edib", - Telegram kanalındakı paylaşımda deyilir.
QAZİLER.AZ



