Dron hücumundan sonra Taqanroqda təcili təxliyyə aparılır, yanğın hələ də söndürülməyib
Gecə saatlarında Rusiyanın Taqanroq şəhərinə həyata keçirilən dron hücumundan sonra fövqəladə vəziyyət elan edilən ərazilərdən sakinlərin təxliyəsi davam edir. Hadisə yerində baş vermiş yanğının söndürülməsi istiqamətində işlər hələ də davam etdirilir.
Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna Taqanroq şəhərinin rəhbəri Svetlana Kambulovaya istinadən məlumat yayıb.
Kambulovanın sözlərinə görə, şəhərdə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə qalmaqdadır.
"Şəhərdə pilotsuz uçuş aparatları ilə əlaqədar təhlükə hələ də davam edir. Hazırda evləri fövqəladə vəziyyət zonasına düşən sakinlərin operativ təxliyəsi həyata keçirilir", – deyə o bildirib.
Məlumata görə, xilasedicilər təhlükəli ərazidən insanların çıxarılmasını davam etdirirlər. Bununla belə, yerli hakimiyyət orqanları təxliyənin konkret səbəbi ilə bağlı ətraflı məlumat verməyib.
QAZİLER.AZ



