Rusiyanın Qərbin Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etmək niyyətinə olan inamı itirib.
Qaziler.az bildirir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Artıq Qərbin danışıqlar yolu ilə həll yolları istədiyinə inanmayacağıq. Bu xoşməramlılıq və ümid ehtiyatı tamamilə tükənib", - Lavrov mətbuat konfransında deyib.
Nazir Afrika ölkələrinə səfəri çərçivəsində Mozambikdə rəsmi səfərdədir.
O, bir qədər əvvəl Efiopiya və Nigerə səfər etmişdi.
QAZİLER.AZ



