İki özbək futbolçu Portuqaliyanın "Braqa" klubuna keçib

İki özbək futbolçu Portuqaliyanın "Braqa" klubuna keçib backend

Özbəkistanın gənclərdən ibarət milli komandasının oyunçuları Sayfiddin Sodiqov və Sadriddin Xasanov karyeralarını Portuqaliyanın "Braqa" komandasında davam etdirəcəklər.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, ötən il hər iki oyunçu milli komanda ilə Asiya U-17 çempionatının qalibi olub.

Sədriddin Xasanov əvvəllər Daşkəndin "Bunyodkor" klubunda oynayıb. Klubun məlumatına görə, onun "Braqa"ya transferi icarə əsasında və almaq hüququ ilə həyata keçirilib.

""Braqa" dünya miqyasında tanınır və zəngin tarixə malikdir. Mümkün qədər tez uyğunlaşmaq, daim təkmilləşmək, komandaya kömək etmək və maksimum nəticələr əldə etmək istəyirəm. Qarşıda çox iş var, amma uğura aparan yeganə yol budur", - Xasanov qeyd edib.

Sayfiddin Sodiqov "Braqa"ya keçməzdən əvvəl "Əndican"da oynayıb. 18 yaşlı futbolçu icarə müddəti bitdikdən sonra "Əndican" klubundan ayrılıb. "Əndican"da oynadığı müddətdə Sodiqov Super Liqada debüt edib və üç oyun keçirib.

"Braqa" kimi bir klubun bir hissəsi olduğum üçün xoşbəxtəm. Özbəkistanı Avropada təmsil etmək mənim üçün böyük şərəfdir. Belə bir klubda oynamaq üçün çox çalışmaq lazım olduğunu başa düşürəm. Əsas məqsədim böyümək, inkişaf etmək və potensialımı reallaşdırmaqdır", - Sodiqov deyib.

QAZİLER.AZ