Rusiyada neft emalı zavodlarına (NEZ) endirilən silsilə zərbələrdən sonra neft emalının azalması bu ölkədə benzin qıtlığına səbəb olub.
Rusiyada yaşayan həmvətənlərimiz də bu faktı Qaziler.az-a təsdiqləyib.
Yanacaq bazarında vəziyyətin gərgin olduğunu bildirən soydaşlarımız qiymətlərin kəskin artmasına da diqqət çəkib.
""Qazprom, "Rosneft", "Lukoyl" hələ ki qiymətləri sabit saxlayıb. A92 markalı benzinin qiyməti 64-66 rubl arasında dəyişir. Qiymətləri artırmaqla elə bil insanların nəbzini yoxlayırlar. Benzin hal-hazırda 1 manat 43 qəpiklə 1 manat 57 qəpik arasında dəyişir. Bəzi neft şirkətləri qiymətləri daha çox artırıb. 99 rubl və ya artıq qiymətlər təklif olunur. Eləsi var ki, 99-112 rubla (2 manat 20 qəpikdən başlayan qiymət-red.) satır. Krımda və Rusiyanın Ukraynadan yeni ələ keçirdiyi ərazilərdə demək olar ki ya tapılmır, ya da daha yüksək qiymətə (6-11 manat arası) satılır".
Soydaşlarımızdan daha biri Moskva və ya Moskvaətrafı rayonlarda benzin qıtlığına görə insanların metan-propan qaz balonlarının maşınlarına quraşdırılmasına daha çox meyl etdiklərini bildirib. "Maşına qaz balonlarının quraşdırılması 150-250 min rubla (3340 manatla 5570 manat arası-red.) başa gəlir. Halbuki qabaq balonin həcminə görə 35000-55000 arası dəyişirdi.
Həmvətənlərimiz eşitdikləri daha bir xəbəri də saytımıza çatdırdılar: "Sentyabrın axırı, oktyabrın ortalarına qədər çox güclü səfərbərlik gözlənilir.
QAZİLER.AZ



