Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" raketləri alacaq - Zelenski

Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" raketləri alacaq - Zelenski backend

Prezident əlavə edib ki, Ukraynaya anti-ballistik raketlər yalnız ABŞ-ın verməyəcəyini bildirib.

ABŞ yaxın günlərdə Ukrayna müdafiəçilərinə "Patriot" hava hücumundan müdafiə sistemi üçün ballistik raketləri vurmağa qadir yeni raketlər paketini təqdim edəcək.

Qaziler.az RBK-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısından NATO sammitində Ukraynanın ballistik raketləri məhv etməyə qadir "Patriot" sistemi üçün yeni "PAC-3" raketlərinin tədarükü ilə bağlı razılıq əldə edib-etmədiyi soruşulub.

"Mən hesab edirəm ki, bu sammit Ukrayna üçün uğurlu oldu. Yaxın günlərdə ABŞ-dan yeni yardım paketi alacağıq. Bundan əlavə, avropalı tərəfdaşlarla da ayrıca razılaşmalar əldə etmişəm", – deyə Zelenski cavab verib.

QAZİLER.AZ