Rəsmilər çatışmazlığı inkar edir və bunu tələblə əlaqələndirirlər.
Rusiyanın altı bölgəsində yanacaq böhranı səbəbindən sakinlər üçün benzin tamamilə yoxa çıxıb və bir çox başqa bölgələrdə isə benzin yalnız regional mərkəzlərdə tapıla bilir.
Qaziler.az bildirir ki, bu barədə "Mojem obyasnit" Telegram kanalında məlumat verilib.
Rusiya, Ukrayna Silahlı Qüvvələrinin neft emalı zavodlarına uğurlu hücumları nəticəsində yaranan benzin böhranı fonunda yanacaq mövcudluğu xəritəsini təqdim etdi.
Xəritəyə görə, Kabardino-Balkar, İnquşetiya, Çeçenistan, Dağıstan, Maqadan vilayəti və ya Çukotkada fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi yoxdur.
İlk olaraq qalan yanacağın bərabər paylanmasını təmin etmək üçün adambaşına 20 litrdən çox benzin və 50 litr dizel yanacağına məhdudiyyətlər tətbiq edən Dağıstan hakimiyyət orqanları oldu.
QAZİLER.AZ



