"Qapımı sən döy" filminin ulduzu Rusiyada kinoya çəkiləcək

"Qapımı sən döy" filminin ulduzu Rusiyada kinoya çəkiləcək backend

"Qapımı sən döy" serialından sonra beynəlxalq şöhrət qazanan türk aktyoru Kerem Bürsin ilk dəfə olaraq Rusiya film layihəsində rol alacaq.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

Romantik film İstanbulda çəkiləcək. Bürsin üçün bu, onun Rusiya kinosunda ilk təcrübəsi olacaq. İstehsalın 2026-cı ilin oktyabr ayında başlaması planlaşdırılır.

90 dəqiqəlik filmin süjeti hazırda gizli saxlanılır. Yalnız məlumdur ki, ssenari hissləri həyat şərtləri ilə toqquşan, lakin sonda daha güclü olan iki insan arasındakı münasibət ətrafında cərəyan edir.

Layihə qrupu hazırda çəkilişlərə hazırlaşır. Filmin 2027-ci ilin fevral ayında nümayişi planlaşdırılır.

QAZİLER.AZ