Əli Xameneinin dəfn mərasimi başlayıb

Əli Xameneinin dəfn mərasimi başlayıb backend

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi doğma şəhəri olan Məşhəddə başlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Dəfn mərasimi iyulun 4-dən İranın Tehran və Qum şəhərlərində, eləcə də İraqda - müsəlmanlar üçün müqəddəs olan Nəcəf və Kərbəla şəhərlərində Xameneinin xatirəsinə keçirilən matəm tədbirlərinin yekunu olacaq.

Qeyd olunub ki, matəm tədbirlərində dünyanın 45-dən çox ölkəsindən siyasi xadimlər, həmçinin 90-dan çox ölkədən alimlər, dini liderlər və tədqiqatçılar iştirak ediblər.

Xatırladaq ki, İranın keçmiş ali lideri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin zərbələri nəticəsində həlak olub.