ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurub

ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurub backend

İran İslam Respublikası Dəmir Yolları bu gün səhər ABŞ-nin Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb.

Bildirilib ki, xəttin qısa müddətdə istifadəyə verilməsi üçün tədbirlər görülür.

Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərinə daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib.

Qeyd edək ki, ötən gecə və bu gün İranın bir sıra bölgələri ABŞ tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınıb.