Prezident ofisi görüşün "uzun" çəkdiyini vurğuladı.
8 iyulda Ukrayna və Polşa prezidentləri Vladimir Zelenski və Karol Navrotski "Ağ Qartal" Ordeni qalmaqalından bəri ilk dəfə Ankarada keçirilən NATO sammitində görüşüblər.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, bunu jurnalistlərə prezidentin müşaviri Dmitri Litvin açıqlayıb.
"Elə indicə bitirdik. Söhbət uzun çəkdi", - deyə o bildirib.
Litvinin sözlərinə görə, Zelenski ilə Navrotski arasında söhbətdə Ukrayna prezidentinin komandası da iştirak edib.
Xatırladaq ki, Navrotski bu gün bildirib ki, Polşa və Ukrayna tarixi mübahisələrə baxmayaraq dialoqu davam etdirməlidirlər, çünki iki ölkənin ümumi düşməni var - Rusiya.
QAZİLER.AZ

