Rusiya deputatı bildirib ki, “denasifikasiya” naminə Ukrayna əhalisinin yarısına qədərinin məhv edilməsi məqbuldur
Qaziler.az bildirir ki, "The Moscow Times" nəşrinin yazdığına görə, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov “nasizmin kökünün kəsilməsi” naminə Ukrayna əhalisinin 50 faizinə qədərinin məhv edilməsini məqbul hesab etdiyini bildirib.
“Bütün nasistlər məhv edilməlidir. İstisnasız hamısı. Başa düşürsünüz, əgər bu, Ukrayna əhalisinin əlli faizidirsə, deməli, həmin əlli faiz də məhv edilməlidir. Orada bu bəla bir daha olmamalı və heç kim bizə təhlükə yaratmamalıdır”, — deyə Juravlyov hüquqşünas və bloqer İvan Mironovla söhbətində bildirib.
“Nasisti adi insandan necə ayırd etmək olar?” sualına deputat belə cavab verib:
“Əgər əlində avtomat varsa, bəli, o, məhv edilməlidir. Niyə fərqləndirək ki? Gördün — öldür.”
Bu bəyanatlar Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı müharibəsi fonunda səsləndirilib. Kremlin rəhbərliyi 2022-ci ildə başlayan işğaldan etibarən bu müharibəni “denasifikasiya” zərurəti ilə əsaslandırır.
QAZİLER.AZ



