İyulun 7-də Qırğızıstanın paytaxtı Bişkekdəki "Manas" Beynəlxalq Hava Limanında aviasiya qəzası baş verib.
Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.
Bişkekdən Oşa uçuşa hazırlaşan TezJet təyyarəsi havaya qalxan zamanı arxa eniş mexanizminin ayaqlarından birində nasazlıq yaranıb. Təyyarə sol qanadı üstə əyilib və uçuş-enmə zolağına çırpılıb.
Təyyarədə 181 sərnişin olub və onların hamısı təcili yardım vasitəsilə təxliyə edilib.
Bəzi sərnişinlər yüngül yaralansalar da, ciddi xəsarət alan olmayıb. İlkin məlumatlara görə, heyət üzvləri arasında xəsarət alan olmayıb.
QAZİLER.AZ



