Rusiya Xarkova zərbə endirdi, ölən və yaralananlar var - FOTO

Rusiya Xarkova zərbə endirdi, ölən və yaralananlar var - FOTO backend

7 iyul tarixində Rusiya qüvvələri Xarkova idarə olunan bombalarla zərbə endirib.Zərbə nəticəsində bir nəfər ölüb, bir çox insan yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbovun və Xarkov meri İqor Terexovun bəyanatına istinadən məlumat yayıb.

Sinequbov bildirib ki, Rusiyanın şəhərin Şevçenkivski rayonuna endirdiyi zərbə nəticəsində 11 nəfər partlayış nəticəsində yaralanıb, daha beş nəfər isə kəskin stress reaksiyaları keçirib.

"Onların arasında eyni ailədən üç uşaq var: 9 yaşlı qız və 7 və 4 yaşlı oğlanlar var. Onlar kəskin stress reaksiyası keçiriblər", - deyə onun bəyanatında bildirilir.

Bir qədər sonra Terexov zərbə nəticəsində bir nəfərin öldüyünü deyib.

QAZİLER.AZ