Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya hərbçiləri Xarkov vilayətindəki Petro-İvanovka yaşayış məntəqəsini tutub.

Qaziler.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə iyulun 7-də məlumat verib.

"Qətiyyətli tədbirlər nəticəsində Xarkov vilayətindəki Petro-İvanovka yaşayış məntəqəsi nəzarətə götürülüb", - nazirliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin "Şimal" qüvvələr qrupunun döyüşçüləri kəndin Ukrayna Silahlı Qüvvələrinin  döyüşçülərindən alınması əməliyyatında iştirak ediblər.

Bildirilir ki, Rusiya qoşunları ərazidəki taktiki mövqelərini yaxşılaşdıra biliblər. "Onlar Veliki Proxodı, İzbitskoye və Zaxarovka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş briqadasının və bir ərazi müdafiə briqadasının şəxsi heyətini və texnikasını məğlub ediblər".

QAZİLER.AZ