"Lukaşenko Ukraynanı eşitdi": Budanov Belarusdan gələn təhdidən danışdı

"Lukaşenko Ukraynanı eşitdi": Budanov Belarusdan gələn təhdidən danışdı backend

Belarus diktatoru Aleksandr Lukaşenko Ukrayna hakimiyyətinin xəbərdarlığını ciddi qəbul etdi. Üstəlik, Ukrayna ilə müharibə onun üçün heç də əlverişli deyil.

Qaziler.az bildirir ki, Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov bunu RBC-Ukrayna ilə eksklüziv müsahibəsində bildirib.

Prezident Aparatı rəhbərinin sözlərinə görə, Belarus məsələsinə indi daha sakit yanaşmaq olar. Həmçinin əlavə bir düşmən yaratmamaq da vacibdir.

"Mən heç nəyi gərginləşdirdiyimizi demək istəmirəm, xeyr. Amma prinsipcə, başqa bir düşmənin və başqa bir döyüş zonasının olması bizim xeyrimizə deyil. 

Onların bizi eşitməsi çox doğru addımdır. Və biz buna belə yanaşmalıyıq", - Budanov bildirib.

Prezident Aparatı rəhbərinin sözlərinə görə, Lukaşenkoya Ukrayna ilə müharibə lazıım deyil.

"Bundan əlavə, hamı başa düşür ki, bu, Belarusun çökməsi ilə nəticələnəcək".

QAZİLER.AZ