Kırıkkaledə sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yol qəzasında 41 nəfər yaralanıb. Qəzadan sonra avtobus sürücüsü saxlanılıb.
Sürücüsü hələlik müəyyən edilməmiş Tekirdağdan Kayseriyə gedən sərnişin avtobusu Kaman-Ankara magistral yolundakı Karakeçili Dövlət Xəstəxanasının yaxınlığında idarəetməni itirərək aşıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə AFAD, yanğınsöndürmə, tibb, jandarma və polis qrupları göndərilib.
Qəzada 41 nəfər yaralanıb, onlardan üçü ağır vəziyyətdədir. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
QAZİLER.AZ



