Ankaranın “Esenboğa” Beynəlxalq Hava Limanı çərşənbə axşamı NATO zirvəsi ilə əlaqədar olaraq mülki uçuşları doqquz saat müddətinə dayandıracaq.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xirmədi məlumat yayıb.
"7 iyulda saat 10:00-dan 18:00-dək Esenboğa Hava Limanından gəlməsi və yola düşməsi planlaşdırılan bütün uçuşlar NATO zirvəsi ilə əlaqədar olaraq ləğv edilib", - açıqlamada deyilir.
Bu müddət ərzində heç bir mülki uçuş gəlməyəcək və ya yola düşməyəcək.
Analoji tədbirlərin çərşənbə günü saat 14:00-dan 21:00-dək görülməsi gözlənilir.



