Rusiya ilə müharibənin nəticəsini səma müəyyən edəcək - Zelenski

Rusiya ilə müharibənin nəticəsini səma müəyyən edəcək -  Zelenski backend

Ukrayna Prezidenti Ukraynanın əsas zəif tərəfindən danışıb.

Rusiya ilə tammiqyaslı müharibənin nəticəsi səmada müəyyən ediləcək. Lakin Ukrayna havada rəqabətədavamlıdır.

Qaziler.az-in məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bunu "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.

"Və, açığı, bu rəqabətdə kimin ərazisinin daha böyük olması o qədər də vacib deyil. Biz artıq hava sferasına keçmişik. Havada isə biz rəqabətə davamlıyıq", - Zelenski deyib.

Zelenski həmçinin qeyd edib ki, raketdən müdafiə Ukraynanın əsas zəifliyi olaraq qalır. O, bunu Kiyevin 1990-cı illərdə Qərbdən və təcavüzkar dövlətdən təhlükəsizlik zəmanətləri müqabilində nüvə silahlarından imtina etməsi ilə əlaqələndirib.

QAZİLER.AZ