Bingöldə yük maşını dərəyə aşıb, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Bingöldə yük maşını dərəyə aşıb, 3 nəfər ölüb, 2 nəfər yaralanıb backend

Bingölün Yayladere rayonunda pikapın dərəyə düşməsi nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

F.D-nin idarə etdiyi pikap Yayladere-Karakoçan avtomobil yolunun Akçadamlar məhəlləsində idarəetmədən çıxaraq uçuruma aşıb.

Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili yardım briqadası və polis qrupları cəlb edilib.

Sürücü F.D. və daha 2 nəfərin öldüyü müəyyən edilib.

Yaralı iki nəfər Bingöl Dövlət Xəstəxanasına çatdırılıb.

QAZİLER.AZ