Rusiyanın hücumundan sonra Zelenski kəşfiyyata və UTX-yƏ təlimatlar verdi - VİDEO

Rusiyanın hücumundan sonra Zelenski kəşfiyyata və UTX-yƏ təlimatlar verdi - VİDEO backend

Ukrayna Kəşfiyyatı və Təhlükəsizlik Xidməti Kiyev vilayətinin Vışnev şəhərinə Rusiyanın endirdiyi zərbənin bütün təfərrüatlarını araşdırmalıdır.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiyanın raket zərbəsi nəticəsində hazırda Vışnevdə vəziyyət ağır olaraq qalır. Onun sözlərinə görə, hadisə yerində təkrar partlayış baş verib.

Zelenski əlavə edib ki, xilasetmə əməliyyatı, dağıntıların təmizlənməsi və yanğınların söndürülməsi işlərinin gedişi barədə daxili işlər naziri İqor Klimenko hər 30 dəqiqədən bir ona məruzə edir.

“Ukrayna Təhlükəsizlik Xidmətindən və onun kəşfiyyat orqanlarından Vişnevdə baş verənlərlə bağlı ətraflı araşdırma aparmalarını gözləyirəm”, - deyə Zelenski bildirib.

QAZİLER.AZ