İranda kütləvi yürüşlər başladı: Əli Xamenei son mənzilə yola salınır

İranda kütləvi yürüşlər başladı: Əli Xamenei son mənzilə yola salınır backend

İran paytaxtının sakinləri, ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İranın Ali lideri Əli Xameneini son mənzilə yola salmaq üçün Tehran küçələrində kütləvi yürüş keçirirlər.

Qaziler.az İran KİV-nə istinadla xəbər verir ki, səhər erkən saatlardan etibarən minlərlə insan yürüşün əsas marşrutları kimi müəyyən edilmiş nöqtələrə toplaşmağa başlayıb. Yürüş mərkəzi Dəmavənd, Azadi və Enqelab küçələrindən keçərək mərkəzi meydanlarda, o cümlədən mərhum liderin adına ucaldılmış monumentin ətrafında  birləşir.

Yumruq həm bu matəmin, həm də İran İslam Respublikasına qarşı ABŞ və İsrail təcavüzünə müqavimətinin simvoluna çevrilib. İranlılar yumruq təsviri olan plakat və bayraqlardan əlavə, xatirə nişanları və köynəklər də hazırlayıblar.

Dəfn mərasiminə qoşulmağa gələnlər həlak olmuş ayətullahın və onun ali lider postunda xələfi olan oğlu Müctəbanın portretlərini, həmçinin ölkə bayraqlarını daşıyırlar.

Toplaşanlar öldürülmüş liderin qisasını alacaqlarına söz verərək anti-İsrail və anti-Amerika şüarları səsləndirirlər. Bəzi şüarlar isə ABŞ-nin İrana zərbələrini dəstəkləyən sonuncu şahın oğlu Rza Pəhləviyə qarşı yönəlib.

İranlılar, həmçinin Livan və Qəzzaya dəstək plakatları açaraq öz müttəfiqlərini də müdafiə ediblər.

Növbəti gün analoji dəfn mərasimi Qum şəhərində keçiriləcək, iyulun 8-də isə liderin nəşi İraqın Bağdad, Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq. İyulun 9-da isə vətəninə – dəfn olunacağı doğma Məşhəd şəhərinə qaytarılacaq.

QAZİLER.AZ