Sevastopol sahillərində zəlzələ baş verib

Sevastopol sahillərində zəlzələ baş verib backend

Qara dənizdə Sevastopol yaxınlığında 3,0 bal gücündə zəlzələ baş verib.

Qaziler.az  bildirir ki, bu barədə iyunun 3-də Vernadski adına Krım Federal Universitetinin Seysmologiya və Geodinamika İnstitutunun direktor müavini Marina Bondar məlumat verib.

"Enerji sinfi 9,2 və maqnitudası 3,0 olan zəlzələ baş verib", - O, RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, yeraltı təkanların episentri Sevastopol rayonundakı Fiolent burnundan təxminən 15 km aralıda olub. 

QAZİLER.AZ