Ankarada "yeni nəsil" cinayətkar təşkilatlara qarşı əməliyyat: 55 şübhəli həbs edilib

Ankarada "yeni nəsil" cinayətkar təşkilatlara qarşı əməliyyat: 55 şübhəli həbs edilib backend

Ankarada “yeni nəsil” cinayət təşkilatlarına qarşı keçirilən əməliyyatda saxlanılan şübhəlilərdən 55-i həbs edilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ankara Baş Prokurorluğunun açıqlamasına görə, 30 iyun tarixində Ankara Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları "yeni nəsil" cinayətkar təşkilatları hədəf alan əməliyyat keçirib.

Əməliyyatda barələrində həbs qərarı verilmiş 117 şübhəlidən 90-ı nəzarətə alınıb. Xəstəlik səbəbindən bir şübhəli polis bölməsində prosedurlar başa çatdıqdan sonra məhkəməyə gətirilə bilməyib, 89 şübhəli isə Baş Prokurorluğa gətirilib.

Şübhəlilərdən dördü prokurorluq tərəfindən sərbəst buraxılıb, 85-i isə həbs tələbi ilə məhkəməyə göndərilib.

Dndirilən şübhəlilərdən 55-i həbs edilib, 30 şübhəliyə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Fərari şübhəlilərinin tutulması üçün səylər davam edir.

QAZİLER.AZ