Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı aparıb.
Prezidentliyin Kommunikasiya İdarəsinin açıqlamasına görə, liderlər Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də müdafiə sənayesində əməkdaşlığı gücləndirmək üçün çalışdıqlarını və münasibətləri sürətləndirmək üçün yeni addımlar atmağın da vacib olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyədə keçiriləcək NATO Liderlər Zirvə Toplantısının müttəfiqlər arasında əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.
QAZİLER.AZ



