Prezident Ukrayna silah istehsalçıları ilə nələri müzakirə etdi?
Ukrayna uzunmüddətli perspektivdə Rusiyanın imkanlarını üstələyə biləcək həcmdə yüksək texnologiyalı silah istehsalına nail olub.
Qaziler.az RBK-Ukraynaya-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən Ali Baş Komandanın Qərargahının iclasında əsas diqqət müdafiə sənayesi istehsalının genişləndirilməsinə yönəldilib.
Ukrayna Prezidenti qeyd edib ki, hökumət nümayəndələri Ukrayna silah istehsalçıları ilə görüş keçirərək onların ehtiyaclarını müzakirə ediblər. Müzakirələr zamanı müdafiə sənayesinin inkişafı üçün zəruri inzibati qərarlar və dövlət tərəfindən maliyyələşdirmə məsələlərinə baxılıb.
V.Zelenski vurğulayıb ki, nəzərdə tutulan addımlar Ukraynanın müdafiə sənayesi potensialını maksimum artırmağa, Rusiyaya təzyiqi gücləndirməyə və onun cəbhədəki imkanlarını zəiflətməyə imkan verəcək.
QAZİLER.AZ



