Ermənistanda xaricdə yaşayanların səs verməsi qadağan edildi

Ermənistanda xaricdə yaşayanların səs verməsi  qadağan edildi backend

Ermənistan parlamenti Seçki Məcəlləsinə düzəlişləri qəbul edib.

Qaziler.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu düzəlişlərlə vətəndaşların parlament seçkilərində və referendumlarda səsvermədə iştirakı üçün müəyyən şərt müəyyən edilir.

Parlament seçkilərində və referendumlarda yalnız son 730 gündən azı 366 gününü ölkədə daimi yaşamış Ermənistan vətəndaşları iştirak edə biləcəklər. Bu tələb növbəti seçkilərə 48 gün, növbədənkənar seçkilərə isə 28 gün qalmış yerinə yetirilməlidir.

Düzəlişləri hakim "Mülki Müqavilə" partiyası təklif edib. Müxalifət səsvermədə iştirak etməyib və bu qərardan Konstitusiya Məhkəməsinə şikayət etmək niyyətindədir.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri baş tutub. Deputat mandatları uğrunda iki blok və 16 siyasi partiya mübarizə aparıb. Hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyası seçkilərdə qalib gəlib.

QAZİLER.AZ