Ankarada meşəlik ərazilərə giriş qadağan edilib

Ankarada meşəlik ərazilərə giriş qadağan edilib backend

Ankaranın Çubuk bölgəsindəki meşəlik ərazilərə giriş 30 sentyabr tarixinə qədər qadağan edilib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Ankaranın Çubuk rayonunda meşə yanğınları riskinə qarşı görülən tədbirlər çərçivəsində milli parklar və istirahət zonalarından kənar meşəlik ərazilərə giriş qadağan edilib. Həmçinin burada düşərgə salmağa və çadır qurmağa icazə verilməyəcək.

Bu ərazilərdə pikniklərə icazə veriləcək, lakin bu, yalnız saat 09:00 ilə 21:00 arasında olacaq. Ziyarətçilərdən saat 21:00-dan sonra əraziləri tərk etmələri tələb olunacaq.

Qəbul edilən qərara əsasən, müəyyən edilmiş düşərgə yerlərindən kənarda meşəlik ərazilərdə düşərgə salmaq və çadır qurmaq da qadağan ediləcək. Hüquq-mühafizə orqanları, Meşə Təsərrüfatı İdarəsi, Milli Parklar və əlaqəli qurumlar yoxlamalarını artıracaqlar.

QAZİLER.AZ