Ukrayna səmasının qorunması birbaşa tərəfdaşlarımızın sürətindən asılıdır.
Ukrayna iyul ayının əvvəlində 40 tərəfdaş ölkəyə təcili olaraq Patriot raketlərinin tədarükü üçün müraciət edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna ölkənin Müdafiə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, raketlər Ukrayna üçün müqavilə bağlanmış gələcək tədarüklər müqabilində tələb olunur.
"Patriot raketlərinin çatışmazlığı səbəbindən ballistik raketlərin vurulması əsas problem olaraq qalır", - Müdafiə Nazirliyi qeyd edib.
QAZİLER.AZ



